Avropada türklərə hücum: Fidan dərhal zəng etdi
Yusif Nəzərli
16:43 26.03.2024
Dünya
373
Belçikada PKK terror təşkilatının tərəfdarları tərəfindən türklərə hücum edilib.
Axar.az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, martın 24-də Belçikanın Leuven şəhərində toplaşan PKK tərəfdarları Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarını hədəf alan hücumlar həyata keçiriblər. Hadisələr zamanı bəzi Türkiyə vətəndaşları xəsarət alıb.
"Baş verənlərə cavab olaraq Brüssel və Ankaranın hakimiyyət orqanları tərəfindən dərhal tədbirlər görülüb. Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gecə belçikalı həmkarı Haca Lahbib ilə telefonla danışıb. Bundan əlavə, Belçikadakı diplomatik nümayəndələrimiz hadisə bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Polisin müdaxiləsi sayəsində hadisələrin genişlənməsinin qarşısı alınıb. Yerli hakimiyyət orqanları tərəfindən hücum edənlərlə bağlı araşdırmalara başlanılıb", - məlumatda bildirilib.
Nazirlik vurğulayıb ki, bu hadisə PKK terror təşkilatının Qərbi Avropada sosial sülh və ictimai asayişi təhdid etdiyini bir daha göstərib.
"Baş verənlər Türkiyə XİN tərəfindən izlənilir və zəruri tədbirlər görülür", - sonda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm