Avropanı uzunmüddətli enerji şoku gözləyir - Aİ xəbərdarlıq etdi

Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorgensen bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə səbəbindən Avropa uzunmüddətli enerji sarsıntıları ilə üzləşə bilər.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, artıq yaxın həftələrdə aviasiya və dizel yanacağı kimi kritik məhsulların tədarükündə vəziyyət daha da pisləşə bilər. Bu səbəbdən Avropa İttifaqı ölkələri ən pis ssenarilərə hazırlaşır və zəruri ehtiyatların mövcudluğunu təmin etməyə çalışır.

Yorgensen qeyd edib ki, hazırda yanacağın normallaşdırılması və strateji ehtiyatlardan istifadənin artırılması kimi variantlar nəzərdən keçirilir. Bununla belə, Aİ hələlik mövcud tənzimləmə qaydalarında dəyişiklik etməyi planlaşdırmır.