
Avropanın Ukraynaya dəstək nümayişi: Kiyevin yeganə çıxış yolu ABŞ-la razılaşmaqdır
10:33 01.04.2025
Dünya
517
Böyük Britaniya, Fransa və Ukraynanın müdafiə nazirləri Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər.
Bu barədə Britaniya hökuməti məlumat yayıb.
"Baş nazir əlavə edib ki, yaxın günlərdə Böyük Britaniya, Fransa və Ukrayna hərbi liderlərinin görüşü baş tutacaq.", - Britaniya hökumətinin saytında yazılıb.
Qeyd edək ki məlumat Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra yayılıb.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Böyük Britaniya və Fransa hərbi liderləri baş tutacaq görüş vasitəsilə ictimaiyyətə açıq mesaj verməyə çalışırlar:

"Onlar bildirmək istəyir ki, "Biz Ukraynanın yanındayıq". Bu, Avropanın Ukraynaya dəstək nümayiş etdirmək cəhdidir. Lakin reallıqda Avropa, nə qədər istəsə də, Ukraynaya kifayət qədər hərbi yardım göstərə bilmir. Bunun əsas səbəbi isə Avropanın hərbi baxımdan Rusiyaya uduzmasıdır.
Hazırda Rusiya, Qərb dünyasında hərbi texnika istehsalı baxımından yalnız ABŞ-dən geri qalır. Bu, Moskvanın müharibə resurslarını davamlı şəkildə yeniləyə bilməsinə və uzunmüddətli hərbi əməliyyatları davam etdirməsinə imkan yaradır. Dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, Avropa Ukraynanı tək qoymayıb və ona dəstək göstərir. Lakin əgər bu doğrudursa belə, real mənzərəni dəyişə biləcəkmi?
Kiyevin mövcud vəziyyətdən çıxış yolu ya ABŞ-la razılaşmaqdır, ya da müharibənin nəticələrini qəbul etməkdir. Ancaq Vaşinqtonun şərtləri olduqca sərtdir – o, Ukraynanın bütün təbii sərvətlərini nəzarətə götürmək istəyir. Son hadisələr isə Ukraynanın artan beynəlxalq təzyiqlər altında məhz bu istiqamətə doğru yönəldiyini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya