Cümə günü gecə yarısından etibarən Azad Avropa/Azadlıq Radiosunun Macarıstan xidməti yayımını dayandırıb.
Teleqraf xəbər verir ki, bu ilin mart ayında ABŞ Prezidenti Donald Tramp ölkənin xaricdəki ictimai mediasının, o cümlədən "Amerikanın Səsi", "Azadlıq Radiosu" və Azad Asiya radiolarının fəaliyyətinə nəzarət edən USAGM-ni “federal bürokratiyanın lazımsız elementi” adlandırmışdı.
ABŞ federal bürokratiyasının (DOGE) və “radikal təbliğatın” ölçüsünü azaltmaq üçün addımlar atacağını bəyan etmişdi.
“Azadlıq” radiosu ABŞ hökumətinə qarşı maliyyə vəsaitlərinin kəsilməsi ilə bağlı iddia qaldırıb. Media orqanı iddia edir ki, hökumətin Konqres tərəfindən əvvəllər ayrılmış maliyyələşdirməni rədd etməsi federal qanunu pozur.