Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qara dənizdə göyərtəsində Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu mülki gəmiyə endirilən zərbəyə münasibət bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə X şəbəkəsində yazıb.

“Rusiyanın Qara dənizdə gərginliyi növbəti dəfə artırmasından dərin narahatlıq keçirirəm. Bu məsuliyyətsiz hücumlar günahsız insanlara qarşı yönəlib və beynəlxalq hüququ açıq şəkildə pozur”, – o bildirib.

Leyen həlak olan dənizçinin yaxınlarına başsağlığı verib. Onun sözlərinə görə, daha üç ekipaj üzvü itkin düşmüş hesab olunur.

Qeyd edək ki, sözügedən gəminin göyərtəsində 10-u ukraynalı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 13 nəfər olub.