Çexiyanın yeni hökumətini formalaşdıran baş nazir postuna namizəd Andrey Babiş bəyan edib ki, respublika Ukraynaya dövlət büdcəsindən maliyyə vəsaiti ayırmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə siyasətçi Havirov şəhərində seçicilərlə görüşü zamanı danışıb.
“Ukraynaya Çexiya Respublikasının büdcəsindən heç bir vəsait göndərməyəcəyik. Vacib olan odur ki, bu müharibə başa çatsın”, - deyə Babiş bildirib.
Onun sözlərinə görə, Çexiya siyasətçilərinin Ukrayna ətrafında baş verən proseslərə təsir imkanı yoxdur.
“Bizim proqramımız Çexiya vətəndaşlarının maraqlarına uyğundur. Ukrayna məsələsi ilə Avropa məşğul olur”, - o vurğulayıb.
Babiş həmçinin ABŞ-nin hazırladığı yeni sülh planı ilə hələ tanış olmadığını deyib. Bununla yanaşı, o qeyd edib ki, yeni hökumət parlamentdə referendum haqqında qanunu irəli sürməyi planlaşdırmır.
Siyasətçi Çexiyanın Avropa İttifaqı və NATO üzvlüyünə sadiqliyinin şübhə altına alınmadığını da diqqətə çatdırıb.