
Baş verənlər sıradan kadr dəyişikliyi deyil: Zelenski “İkinci Yuliya”nı hazırlayır
Yusif Nəzərli
05:48 19.07.2025
Dünya
292
Xanım Timoşenkonun artan fəallığı Zelenskini də ehtiyatlı olmağa vadar edib
Ukrayna Ali Radası Yuliya Sviridenkonun baş nazir postuna təyin edilməsinə səs verib. Xalq deputatı Yaroslav Jeleznyakın məlumatına görə, 262 xalq deputatı Sviridenkonun bu vəzifəyə təyin olunmasını dəstəkləyib. 39 yaşlı Yuliya Sviridenko Ukraynanın 19-cu baş naziri və bu vəzifəni tutan ikinci qadındır. Zelenski indiki Baş nazir Denis Şmıqalı müdafiə naziri postuna namizəd göstərib. "Politico" nəşri məlumat verib ki, Ukrayna hökumətində kadr dəyişiklikləri ABŞ və Rusiyanın artan təzyiqləri ilə bağlıdır. Nəşr dəyişikliklərin səbəblərini də açıqlayıb: "Son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskinin hökuməti prezidentin ABŞ lideri Donald Trampla çətin münasibətləri qurulmazdan əvvəl çoxsaylı problemlərlə üzləşib". Vaşinqtonun Kiyevi təşviq etdiyi Rusiya tərəfi ilə danışıqların vacibliyi qeyd edilir. İddialara görə, müdafiə və digər sahələrdə yığılan problemlər Zelenskini dövlətin icra orqanında kadr dəyişiklikləri ilə bağlı qərar qəbul etməyə məcbur edib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında deyib ki, baş verənlər sıradan kadr dəyişikliyi deyil. Analitik bildirib ki, Ukrayna Konstitusiyasına görə baş nazir kifayət qədər ciddi siyasi postdur:

"Ölkənin keçmiş prezidentlərinin bir çoxu bu postda gəlməzdən əvvəl hökumətə rəhbərlik edib. Baş nazirin dəyişdirilməsində ilkin məqsəd böyüyən iqtisadiyyata keçid etməkdir. İndiki Baş nazir Denis Şmıqalın siyasəti Ukrayna iqtisadiyyatını hücumlardan müdafiə etmək idi. Şmıqal müharibə iqtisadiyyatına uğurlu şəkildə rəhbərlik etdi. Eyni zamanda Zelinskinin də ciddi etimadını qazandı. Ancaq o, ölkə iqtisadiyyatının böyüməsi ilə bağlı təşəbbüs göstərmədi. Başqa bir səbəb mövcud baş nazirin özünə sadiq komandaya malik olmasıdır. Şmıqal İvano-Frankivsk bölgəsinin valisi vəzifəsində xidmət etdiyi zaman özü ilə birlikdə işləyən şəxsləri hazırda həm Nazirlər Kabineti, həm də müxtəlif nazirlərliklərə yerləşdirə bilib. Zelenskinin Şmıqalı komandadan tamamilə göndərməməsinə bir səbəb də ona sadiq şəxslərin narazılıqlarının qarşısını almaqdır. Eyni zamanda Zelenskiyə Müdafiə Nazirliyində təcrübəli və güclü iqtisadiyyatçı lazımdır ki, Şmıqal bu işin öhdəsindən uğurla gələ bilər".
Z.Əmrəliyev hesab edir ki, Yuliya Sviderenkonun hökumət rəhbərliyinə gətirilməsi həm böyüyən iqdisasiyyata keçid etmək, həm də xarici qüvvələrin siyasi oyunlarını pozmaq məqsədi güdür:
"Bir müddət öncə Ukrayna müxalifətinin tədbirlərində keçmiş Baş nazir Yuliya Timoşenkonun fəallığı diqqətdən qaçmırdı. Həm Qərb, həm Rusiya mediası Zelenskinin yerinə prezidentliyə Timoşenkonu əsas namizəd kimi vurğulayırdılar. Xanım Timoşenkonun artan fəallığı Zelenskini də ehtiyatlı olmağa vadar edib. Görünür, Ukrayna prezidenti öz nəzarəti altında "İkinci Yuliya"nın hazırlanması barədə qərar qəbul edib. 39 yaşlı yeni baş nazirin əsas işi həm 64 yaşlı adaşının artan nüfuzunu dayandırmaq, həm də Ukrayna iqtisadiyyatının böyüdülməsi üçün müxtəlif lahiyələr icra etmək olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm