BƏƏ Prezidenti: Ölkəmiz müharibə vəziyyətindədir

Birləşmiş Ərəb Əmirlikləri İranla münaqişə fonunda müharibə vəziyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan bildirib.

"Birləşmiş Ərəb Əmirlikləri yaxşı işlər görür. Döyüşlər zamanı göstərdikləri üstün rola görə silahlı qüvvələrə, eləcə də digər təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm. Sakinlərə gəldikdə isə, onlar çatışmazlıqlarımızı bağışlayarlar, çünki biz müharibə vəziyyətindəyik. Mən onlara söz verirəm ki, biz öz vəzifəmizi yerinə yetirəcəyik, çünki onları, qohumlarımızı və ölkəmizi qorumaq bizim məsuliyyətimizdir", - deyə BƏƏ Prezidenti "Sky News Arabia" ya müsahibəsində deyib.