Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş İrana qarşı məhdudlaşdırma strategiyasının acınacaqlı şəkildə uğursuzluğa düçar olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.
"İran nüvə silahına malik olmasa belə, supergüc kimi davranır. Təsəvvür edin ki, belə silahları olsaydı, nə edərdi" - deyə, Ə.Qarqaş qeyd edib.