Bessent: Belə olsa, Rusiya 2 milyard dollar gəlir əldə edəcək

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent hesab edir ki, ABŞ-nin Yaxın Şərqdəki vəziyyətə bağlı olaraq Rusiyanın enerji mənbələrinə qarşı tətbiq etdiyi sanksiyaların yumuşaldılması nəticəsində Rusiya əlavə olaraq 2 milyard dollar büdcə gəliri əldə edəcək.

Sherg.az xəbər verir ki, "Bizim analizimiz göstərir ki, Rusiya maksimum əlavə 2 milyard dollar əldə edə bilər", – deyə o, NBC News-ə verdiyi müsahibəsində bildirib.

Əvvəlcə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın Rusiyanın neft sanksiyalarını yumuşaltmaq qərarı, Vaşinqtonun enerji bazarlarını sabitləşdirməyə çalışmasıdır.

Britaniya hakimiyyəti ABŞ-nin Rusiyanın neftinə tətbiq etdiyi sanksiyaların yumuşaldılmasını dəstəkləməyib.