“Maykrosoft”un qurucusu Bill Qeyts cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələrinə görə xeyriyyə fondunun işçilərindən üzr istəyib.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Milyarder Ümumi yığıncaqda arvadını aldatdığını da etiraf edib.
Qeyts 2011-2014-cü illər arasında Epşteynlə görüşdüyünü, şəxsi təyyarəsi ilə uçduğunu, ABŞ və Avropada görüşlərdə olduğunu, lakin qanunsuz heç bir şey etmədiyini, qurbanlarla heç vaxt ünsiyyətdə olmadığını iddia edib.
O, həmçinin rus qadınları ilə münasibətlərinin olduğunu da bildirib:
“Rusiyadan olan bir bric oyunçusu və işlə bağlı tanış olduğum bir rus nüvə fiziki ilə də münasibətlərim var idi. Bu qadınların Epşteynin qurbanları ilə heç bir əlaqəsi yox idi. Onun cinayətləri ilə heç bir əlaqəm yoxdur və heç vaxt onun çevrəsindən olan qadınlarla vaxt keçirməmişəm”.