İranın yeni Ali rəhbəri Müctəba Xamenei hələ də ölkə daxilində qapalı yerdə gizlənir, ona çıxış çox çətindir və ciddi şəkildə məhdudlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ətrafında əsasən müalicəsi ilə məşğul olan tibbi heyət var. İxtisasca ürək cərrahı olan Prezidenti Məsud Pezeşkian və İran Səhiyyə Nazirliyi də onun müalicəsinə cəlb olunub. Qeyd edilir ki, SEPAH komandirləri və hökumətin yüksək vəzifəli simaları İsrailin onu izləyəcəyindən və məhv edəcəyindən qorxaraq onu ziyarət etmirlər.
Məlumata görə, Müctəba Xameneinin ayaqlarından biri üç dəfə əməliyyat olunub, hazırda protez gözləyir: “Üzü və dodaqları ağır şəkildə yanıb, bu da danışmasını çətinləşdirir. Gələcəkdə isə plastik əməliyyatlara ehtiyac duyacağı gözlənilir. Əlindən də əməliyyat olunub, amma yavaş-yavaş funksiyasını bərpa edir”.
NYT əlavə edir ki, indiyədək yeni ali rəhbərinin videomüraciətinin yayımlanmamasının səbəbi zəif və ya həssas görünmək istəməməsidir.
Həmçinin bildirilir ki, hazırkı vəziyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən faktiki olaraq müxtəlif səlahiyyətləri SEPAH generallarına həvalə edib və qərar qəbuletmə prosesində əsas söz sahibi onlardır.
Məlumata görə, bu generallar bu həftə ABŞ ilə ikinci danışıqlar raundu öncəsi İran nümayəndə heyətinin Pakistana səfərinin ləğv edilməsi barədə göstəriş veriblər.
Nəşr ona mesajların ancaq zərflərdə, əsas və yan yollarla, avtomobil və motosikletlərlə hərəkət edən kuryerlər zənciri vasitəsilə gizləndiyi yerə qədər çatdırıldığını yazır. Verdiyi yazılı təlimatlar da eyni şəkildə geri qaytarılır. Düşdüyü vəziyyət və təhlükəsizliyi ilə bağlı narahatlıq səbəbindən ən azı indilik müxtəlif səlahiyyətləri SEPAH generallarına həvalə edib, amma apardığı siyasi müzakirələrdə təkcə mühafizəkarlar yox, islahatçılar da iştirak edir.
Məqalədə Xameneinin silahdaşları - Hüseyn Taab, Möhsün Rezaei və Məhəmməd Baqir Qalibaf İranda qərar qəbuletmənin “hakimiyyət üçbucağı” kimi təsvir olunur. Həmçinin bildirilir ki, bu dörd nəfər bir-birini tabeçilikdə olanlardan daha çox həmkar kimi görürlər.
Həmçinin onun iti düşüncəli olduğu və ölkənin idarə olunmasında iştirak etdiyi iddia edilir. Bunun SEPAH komandirləri ilə birlikdə Ekspertlər Şurası şəklində həyata keçirildiyi deyilir.