Rusiya Prezidenti Vladimir Putin hələ də bütün Donbası nəzarətdə saxlamaq niyyətindədir .
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiya rəhbərliyi işğal olunmuş əraziləri Ukraynaya qaytarmaq niyyətində deyil.
"ABŞ sülh razılaşmasına nail olmaq üçün Sumı və Xarkov vilayətlərinin işğal olunmuş hissələrini Ukraynaya qaytarmağı təklif edib. Rusiya tərəfi əvvəllər bu variantı müzakirə etməyə hazır olduğunu bildirmişdi, lakin indi ABŞ ilə danışıqlar zamanı Alyaskada əldə edilən qeyri-rəsmi razılaşmaları etibarsız hesab edir. Kreml işğal olunmuş əraziləri bufer zonası kimi saxlamaq niyyətindədir" - məlumatda qeyd olunur.
Agentlik yazır ki, Putin hələ də Donetsk bölgəsinə tam nəzarət etməyə çalışır: "Görünür, o, danışıqları yalnız bundan sonra bərpa etmək niyyətindədir".