BMT: Əfqanıstanda yüzlərlə keçmiş hökumət rəsmisi və hərbçi öldürülüb
Yusif Nəzərli
23:30 22.08.2023
Dünya
366
BMT-nin yaydığı son hesabatda qeyd olunur ki, “Taliban” hərəkatının əfvlə bağlı verdiyi zəmanətlərə baxmayaraq, Əfqanıstanda yüzlərlə keçmiş hökumət rəsmisi və silahlı qüvvələrin əməkdaşı öldürülüb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında deyib.
Sözçünün sözlərinə görə, BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) yayımladığı hesabada qeyd olunur ki, ötən ilin avqustundan bu ilin iyun ayına qədər Əfqanıstanda faktiki “Taliban” hakimiyyəti tərəfindən yüzlərlə keçmiş hökumət rəsmilərinə və hərbçilərə qarşı 800-dən çox insan haqları pozuntusunu sənədləşdirib: "Bu dəhşətli hesabatda əsas diqqət məhkəməsiz qətllərə, insanların yoxa çıxmasına, əsassız həbslərə, keçmiş hökumət rəsmiləri və hərbçilərin işgəncə və təhdidlərə məruz qalmasına yönəlib.
Missiya qeyd edib ki, “Taliban” hakimiyyəti keçmiş hökumət rəsmiləri və Əfqanıstan müdafiə və milli təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri üçün ümumi amnistiya elan etməsinə baxmayaraq onlara qarşı ciddi insan haqlarının pozuntusu tətbiq edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya