BMT-nin İnkişaf Proqramı (İP) xəbərdarlıq edir ki, İrandakı münaqişənin nəticələri dünya üzrə təxminən 32 milyon insanın vəziyyətinə mənfi təsir göstərə bilər və yoxsulluğun artması risklərini gücləndirə bilər.
"Report" "Sky News"a istinadən xəbər verir ki, təşkilatın hesabatında deyilir.
Məlumata görə, dünya "üçqat sarsıntı" ilə üzləşib, çünki münaqişə energetikaya, ərzaq təhlükəsizliyinə və iqtisadi artıma təsir göstərib. Hesabatda qeyd olunur ki, ən çox inkişaf etməkdə olan ölkələr zərər çəkib.
"Nəticələr əsasən münaqişədən birbaşa təsirlənən və enerji daşıyıcılarının idxalından asılı olan ölkələrə təsir göstərsə də, araşdırmanın nəticələri döyüş bölgəsindən uzaqda yerləşən daha kasıb ölkələr üçün əhəmiyyətli uzunmüddətli zərərə işarə edir", - BMT-də qeyd edirlər.
İcmalda vurğulanır ki, digər məsələlərlə yanaşı, "ən pis ssenari zamanı" daha 32 milyon insan yoxsulluq həddinin altına düşə bilər.