Bolqarıstan-da 52-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar deputat seçkiləri keçirilir.
Yerli medianın yaydığı məlumata görə, saat 07:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb və onların əksəriyyətində səsvermə xüsusi elektron cihazlar vasitəsilə həyata keçiriləcək.
Xaricdə isə 55 ölkədə fəaliyyət göstərəcək 493 seçki məntəqəsi yaradılıb. Xaricdə ilk olaraq səsvermə Yeni Zelandiya-da başlayıb, burada seçki məntəqələri aprelin 18-i axşam saatlarında açılıb.