Böyük Britaniyanın Baş naziri Keyr Starmer ölkənin müdafiə tədbirlərini gücləndirəcəyini təsdiqləyib.
Axar.az “Skay Nyus”a istinadla xəbər verir ki, o, Kipr prezidenti ilə telefon danışığından sonra Londonun regiona əlavə hərbi texnika göndərəcəyini elan edib.
Baş nazirin sözlərinə görə, Böyük Britaniya əraziyə pilotsuz uçuş aparatlarına qarşı helikopterlər və “HMS Dragon” hərbi gəmisini göndərəcək.
Qeyd edək ki, "HMS Dragon" Britaniya arsenalında ballistik raketləri vurmaq imkanına malik yeganə hərbi gəmi hesab olunur.