Britaniya muzeyindəki 2500 illik sənət əsərləri Yunanıstana qaytarıla bilər
08:19 04.12.2022
Dünya
429
Britaniya Muzeyində sərgilənən 2500 illik Parfenon mərmərləri Yunanıstana qaytarıla bilər.
Azərtac xəbər verir ki, Böyük Britaniyada daha çox Elgin mərmərləri kimi tanınan Parfenon heykəllərinin geri qaytarılması ilə bağlı razılaşma son mərhələyə yaxınlaşır.
Britaniya Muzeyinin sədri, keçmiş kansler Corc Ozborn Yunanıstanın Baş naziri ilə bu mövzuda danışıqlar aparır. Yunan mətbuatında yer alan xəbərlərə görə razılaşma demək olar tamamlanmaq üzrədir.
Yunanıstan Böyük Britaniyadan aralarında problemlərin yaranmasına səbəb olan simvolik heykəllərin geri qaytarılmasını tələb edir.
Həmçinin bu həftə Londonun Horniman Muzeyində olan 72 əşyanın – “Benin Bürünclərinin” Nigeriyaya qaytarılmasına dair razılıq əldə olunub. Əsərlər 1897-ci ildə Britaniya qoşunları tərəfindən indiki Nigeriya ərazisindəki Benin şəhərindən qarət edilib.
Qeyd edək ki, Elgin mərmərləri adı ilə də tanınan bu qədim sənət əsərləri 1801-1812-ci illərdə Britaniyanın Osmanlı imperiyasındakı səfiri olan Elgin hersoqu Tomas Brus tərəfindən Afinadan Londona aparılıb. Bu əsərlər 1816-cı ildə ingilis hökuməti tərəfindən satın alındıqdan sonra Britaniya muzeyində Duven qalereyasında nümayiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual