ABŞ və İsrail İrana hava hücumu təşkil edirlər. Bunu etməklə İran kimi onlar da beynəlxalq hüququ pozdular.
Axar.az xəbər verir ki, bunu İsveçrənin müdafiə naziri Martin Pfister deyib.
"Federal Şura İrana hücumun beynəlxalq hüququn pozulması kimi dəyərləndirir. Bizə görə bu, həm də zorakılığın qadağası ilə bağlı qanunun pozulmasıdır", - nazir əlavə edib.
M.Pfister eyni zamanda müharibənin böyük köç dalğasına səbəb ola biləcəyini də bildirib:
“Bu köç dalğası İsveçrəyə də təsir edə bilər”.
Nazir sonda vurğulayıb ki, ölkəsinin müdafiə sistemlərinin olmaması narahatedici haldır:
“Hazırda uzunmənzilli hücumlara qarşı özümüzü müdafiə edəcək heç bir şeyimiz yoxdur”.