Düşmənin əsas məqsədi İranın təslim olmasıdır. Düşmən istəyir ki, İran onun əmrində olsun, raket və nüvə məsələləri əsas məqsəd deyil.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacisadeqi deyib.
“Məqsəd odur ki, İran ABŞ-ın sözündən çıxmasın. Bu mübarizə hakimiyyət uğrundadır: hakim kim olacaq - Allah, yoxsa tağut? Məsələ budur”, - o bildirib.