Bu sursatların yenilənməsinə illər lazımdır - ABŞ

İranla müharibədə istifadə olunan sursatın yenilənməsinə illər lazım olacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Hit Kollins Konqresdə Nümayəndələr Palatasında dinləmələr zamanı deyib.

“İstifadə olunanların (İranla savaşda – red.) əvəzlənməsi üçün hər gün silah-sursat istehsal edirik. Bunun tamamlanması üçün bir neçə il gərəkdir”, - deyə o bildirib.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.

7 apreldə ABŞ Prezidenti Donald Tramp iki həftəlik atəşkəs elan olunduğunu bildirib.