Cənubi Koreya hava qüvvələrinin bütün uçuşlarına qadağa qoyub
Yusif Nəzərli
08:06 20.04.2025
Dünya
474
Cənubi Koreya Hərbi Hava Qüvvələri, KA-1 yüngül hücum təyyarəsinin təlim uçuşu zamanı iki pulemyot konteyneri və iki boş yanacaq çənini itirməsindən sonra demək olar ki, bütün uçuşları dayandırıb.
APA xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Qeyd edək ki, hadisə 18 apreldə Pyeonqçanq bölgəsində baş verib. Təyyarə təlim manevrləri zamanı bu hissələri təsadüfən düşüb. Nəticədə, insan tələfatı və ya mülkiyyətə zərər qeydə alınmayıb.
Hadisədən sonra Hərbi Hava Qüvvələri bir HH-60 helikopteri və təxminən 270 əsgəri əraziyə göndərərək axtarış və bərpa əməliyyatına başlayıb. İki pulemyot konteyneri və içərisindəki 12,7 mm-lik pulemyotla birlikdə təxminən 500 patron Yeongvol qraflığının Juçeon kəndindəki dağlıq ərazidə tapılıb. Lakin iki boş yanacaq çəni və onlarla patron hələ də tapılmayıb. Yağış səbəbindən axtarış işləri təhlükəsizlik nəzərə alınaraq ertəsi gün davam etdiriləcək.
Hərbi Hava Qüvvələri hadisənin səbəblərini müəyyən etmək üçün Baş Qərargah rəisinin müavini rəhbərliyində istintaq komitəsi yaradıb. Qurum, bu hadisə ilə ictimaiyyətdə narahatlıq yaratdıqları üçün üzr istəyib və mülki şəxslərə heç bir zərər dəymədiyini təsdiqləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya