Cənubi Koreya müharibəyə yardımını 8 dəfə artırdı
Cənubi Koreya müharibəyə yardımını 8 dəfə artırdı
Yusif Nəzərli
14:48 30.08.2023
Dünya
516
Başlıca məqsəd Ukraynanı müharibəni davam etdirməyə həvəsləndirməkdir
Cənubi Koreya 2024-cü il büdcəsində Ukrayna üçün 393 milyon dollardan çox yardım ayırıb.
Bu barədə xarici media məlumat verib.
Məlumata görə, bu, 2023-cü ildə Ukrayna üçün ayrılan büdcədən 8 dəfə çoxdur.
Qeyd edək ki, Ukraynaya dəstək üçün ayrılması nəzərdə tutulan büdcənin təxminən 197 milyon dolları humanitar yardıma, 98,3 milyon dolları ölkənin yenidən qurulması layihələrinə, 98,3 milyon dolları isə beynəlxalq təşkilatlara köçürüləcək.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiya və Ukrayna müharibəsinə yalnız bu iki ölkənin müharibəsi kimi baxmamalıyıq. Bu müharibə Rusiyanın başda ABŞ və digər Qərb ölkələri olmaqla əksər dünya ölkələrinə qarşı olan müharibəsidir:
"Cənubi Koreyanın büdcəsindən keçən illə müqayisədə 8 dəfə daha çox məbləğin Ukrayna üçün ayrılmasında başlıca məqsəd Ukraynanı müharibəni davam etdirməyə həvəsləndirməkdir. Hazırda Cənubi Koreyanın timsalında demək olar ki, bir çox ölkələr Rusiyadan canlarını qurtarmaq üçün Ukraynadan istifadə edirlər. Bunun üçün də müəyyən maliyyə vəsaitlərini əsirgəmirlər. Yəni Cənubi Koreyanın Ukrayna üçün 393 milyon vəsait ayırmasını Ukraynaya və onun xalqına acıdıqları kimi deyil, Rusiyanı çökdürmək üçün dəstək olaraq qiymətləndirmək lazımdır".
Politoloq vurğulayıb ki, hazırda hər iki ölkə ciddi böhran içərsindədir. Əksər dünya ölkələri açıq şəkildə Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsələr də öz hərbi, maliyyə və humanitar dəstəyi ilə Ukraynaya dəstək olaraq bu müharibədə Ukraynanın tərəfində durduqlarını göstərirlər. Ukraynaya edilən yardımlara baxmayaraq, onlarda da vəziyyət heç də qənaətbəxş deyil. Ölkədə vəziyyət günü-gündən pisləşir:
"Bu müharibədə qalib tərəf olmayacaq. Müharibənin necə yekunlaşmasından asılı olmayaraq düşünürəm ki, nə Ukrayna, nə də Rusiya qalib hesab olunacaq. Bu müharibənin qalib müharibə olması üçün zəmin yaradanlar olacaq. Hazırda tərəflərdən heç biri bu müharibəni bitirə bilməz. Rusiya müharibəni bitirərsə, bu, onun nüfuzuna ciddi xələl gətirə bilər. Bu səbəbdən onlar ilk addımı Ukraynanın atmasını gözləyir, lakin Ukrayna da Qərbin razılığı olmadan bu addımı ata bilməz. Yəni ki, bu müharibə başda ABŞ olmaqla Qərb nə zaman istəsə, o zaman da bitəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət