Çexiya hepatitə yoluxma sayına görə 40 illik rekordu qırıb

Bu il Çexiyada 2 880 nəfərə hepatit A diaqnozu qoyulub.

Oxu.Az xəbər verir ki, bu barədə CTK agentliyi Dövlət Tibb İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən xəstəliyə yoluxma halları ötən illə müqayisədə 20 dəfə çoxalıb. Bu, 1984-cü ildən bəri qeydə alınan ən yüksək xəstəliyə yoluxma halıdır.

Çexiyada 2024-cü ildə 636 hepatit A xəstəliyi qeydə alınıb. Ötən il sözügedən xəstəlik iki nəfərin ölümünə səbəb olub. Bu il hepatit A 31 sakinin həyatına son qoyub.

Yoluxmuşların 40 faizindən çoxu Praqadadır. Paytaxt rəsmiləri vəziyyəti yerli epidemiya kimi xarakterizə edir.

Bildirilir ki, bu il 220 mindən çox Çexiya sakini hepatit A peyvəndi alıb. Peyvəndlər Çexiyaya bir neçə ölkədən, o cümlədən Yunanıstan, Niderland və İsveçdən gəlib.

Hepatit A virusu sürətlə yayılan xəstəlikdir. İnkubasiya dövrü 50 günə qədər davam edir. Xəstəliyin çox vaxt simptomları müşahidə olunmur, yalnız həkim tərəfindən təyin edilən testlər vasitəsilə aşkarlanır.