Çexiya Ukraynaya sursat tədarükünü davam etdirəcək

Çexiya Ukraynaya sursat tədarükünü ehtiyac olduğu müddətdə davam etdirəcək. Sherg.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yaromir Zuna "Euractiv" portalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, sursat tədarükü təşəbbüsü Ukraynaya dəstək zəruri olduğu və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyi müddətdə davam edəcək. O qeyd edib ki, Çexiya xüsusilə 155 millimetrlik artilleriya mərmilərinin tədarükünü təmin etmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski İsveçlə 16 ədəd "Gripen E" qırıcısının alınması barədə razılıq əldə olunduğunu və təyyarələrin 2027-ci ilin ilk aylarında Ukraynaya çatdırılmasının planlaşdırıldığını açıqlamışdı. Bundan başqa, Avropa Parlamentində Ukrayna-Aİ Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Pekka Toveri Aİ-də Ukraynaya 30-45 milyard avro həcmində yeni kredit ayrılması imkanının da nəzərdən keçirildiyini bildirmişdi.