İranı mümkün qədər tez tərk etməyə və təhlükəsiz bölgələrə köçməyə çalışın.
Axar.az xəbər verir ki, bu barədə Çinin Tehrandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda İranda qalan Çin vətəndaşları dövlət və hərbi obyektlər kimi həssas ərazilərdən uzaq durmağa və fövqəladə hal baş verərsə, dərhal yerli hakimiyyət orqanları ilə əlaqə saxlamağa və Çin diplomatik nümayəndəliklərindən kömək istəməyə çağırılıb.
Qeyd edək ki, ötən gün ABŞ da öz vətəndaşlarını İranı tərk etməyə çağırmışdı.