Çin lideri "Covid-19" etirazlarını şərh edib
14:04 04.12.2022
Dünya
351
Çin hökuməti ölkədəki sərt "Covid-19" məhdudiyyətlərinə etirazlardan sonra geri addım ataraq, tədbirləri yumşaltmaq və xüsusilə yaşlı əhali üçün peyvəndləməni sürətləndirmək qərarına gəlib. İddia edilib ki, Çin prezidenti Si Cinpin etirazları "tədbirlərdən əsəbiləşən universitet tələbələri və yeniyetmələrin reaksiyası" kimi qiymətləndirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki "Covid-19" etirazları çərşənbə günü Pekinə səfər edən Avropa Şurasının sədri Çarlz Mişel ilə görüşündə gündəmə gəlib.
Mişelin nümayəndə heyətinin rəsmisi qəzetə bildirib ki, Çin lideri etirazçıların əsasən universitet tələbələri olduğunu bildirib və son 3 ildə davam edən pandemiya şəraitindən narahat olduqlarını bildirib.
“Prezident etirazların niyə baş verdiyini açıqlayarkən dedi ki, 3 ildir həyata keçirilən tədbirlər ona görə problemə çevrilib ki, insanlar indi həddən artıq sıxılıblar, etirazçılar əsasən universitet tələbələri və yeniyetmələrdir”.
Rəsminin sözlərinə görə, təxminən 3 saat davam edən görüşdə Si Cinpin həmçinin bildirib ki, Omicron ölkədə epidemiyada dominant varianta çevrilib və Deltadan çox daha az ölümcüldür.
Nümayəndə heyətinin digər rəsmisi bildirib ki, Si Cinpinyaşlı əhali arasında peyvənd nisbətinin aşağı olmasını problem hesab edir və kütləvi peyvənd kampaniyasının sürətləndiriləcəyini vurğulayıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual