Çin lideri: İkinci Dünya müharibəsinin əsas qalibləri bu iki ölkədir

“Rusiya və Çin İkinci Dünya müharibəsində qalib gələn əsas ölkələrdir”.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“9 may və 3 sentyabr tarixlərində biz ümumdünya antifaşist müharibəsində qələbənin ildönümündə bir-birimizin qonaqları kimi iştirak edirik. Bu, ikitərəfli münasibətlərin yaxşı ənənəsinə çevrilib və bu, İkinci Dünya müharibəsində qalib gələn əsas ölkələr və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və Rusiyanın böyük məsuliyyətini nümayiş etdirir”, - Çin lideri bildirib.