Çinin xarici işlər naziri Vanq Yi Yaponiyanı İkinci Dünya müharibəsindəki təcavüzkar keçmişindən dərs çıxarmağa çağırıb.
Sherg.az xəbər verir ki, Vanq Yi bildirib ki, Yaponiya müharibədən sonrakı “Sülh Konstitusiyası”na meydan oxuyaraq militarizmə qayıtmağa və hərbi cinayətkarları dirçəltməyə çalışarsa, nə dünyaya üz tuta, nə də gələcəyə sahib ola biləcək.
O, həmçinin Yaponiyanın Tayvan məsələsində mövqeyini düzəltməli və Çinlə bağlı obyektiv yanaşma nümayiş etdirməli olduğunu vurğulayıb.
Vanqın açıqlamaları Pekinlə Tokio arasında Tayvan məsələsi ilə bağlı artan diplomatik gərginlik fonunda səslənib.