Danimarkanın Baş naziri üçüncü müddətə namizədliyini irəli sürüb

Danimarkanın Baş naziri Mette Frederiksen üçüncü müddətə namizədliyini irəli sürür. Seçiciləri ona daha bir müddət verməyə inandırmaq getdikcə çətinləşir.

AZƏRTAC xəbər verir ki, Qrenlandiya məsələsində ABŞ Prezidenti Donald Trampa meydan oxuyan 48 yaşlı Mette Frederiksen martın 24-də keçiriləcək ümumi seçkilərə hazırlaşır. Baş nazir ümid edir ki, Arktika adası ilə bağlı qətiyyətli mövqeyi Danimarkanın həyat qiymətləri böhranına kifayət qədər diqqət yetirib-yötmədiyinə dair şübhələri aradan qaldıracaq, deyə “Reuters” yazır.

Ötən ilin noyabr ayında bələdiyyə seçkilərində mənsub olduğu Sosial Demokratlar partiyası tarixi məğlubiyyətə uğrayan Frederiksen bu il yenidən aktivləşib. Əgər o, daha bir tam müddət işləsə, İkinci dünya müharibəsindən bəri Danimarkanın ən uzun müddət hakimiyyətdə olan lideri ola bilər.

Mette Frederiksen Danimarkanın ən gənc baş naziri və Skandinaviya ölkəsinin hökumətinə rəhbərlik edən ikinci qadındır.

Frederiksen üçün ən xoşagəlməz epizodlarından biri COVID-19 pandemiyası zamanı baş verib. Həmin vaxt 2020-ci ildə onun hökuməti Danimarkanın bütün susamuru populyasiyasının məhv edilməsi ilə bağlı göstəriş vermişdi, çünki onların virus daşıyıcısı ola biləcəkləri ilə bağlı narahatlıqlar var idi. Sonradan aparılan ictimai araşdırma nəticəsində bu addımın heç bir hüquqi əsası olmadığı və Frederiksen və onun hökumətinin “ictimaiyyəti kobud şəkildə yanıltdığı” qənaətinə gəlib.

Susamuru qalmaqalı yeganə hadisə deyildi. Onun hökumətinin artan müdafiə xərclərini maliyyələşdirməyə kömək etmək üçün dövlət bayramını ləğv etmək qərarı ölkə daxilində işçilərin qəzəbinə səbəb oldu.

Baş nazir, xüsusən də Qərbi Avropa xaricindəki ölkələrdən immiqrasiyanı kəskin şəkildə məhdudlaşdırdı və bununla da ifrat sağçı rəqiblərin hücumunu cilovladı.

2023-cü ildə Frederiksen NATO-nun Baş katibi vəzifəsinə mümkün namizəd kimi nəzərdən keçirilirdi.