Məşhurlara yönəlik narkotik və fahişəlik istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlunun qardaşı Əli Kaya saxlanılıb.
Sherg.az xəbər verir ki, İstanbul Anadolu Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ümumilikdə 19 nəfər barəsində saxlanılma tədbiri görülüb. Araşdırma narkotik maddələrin istehsalı, ticarəti və istifadəsi ilə bağlı maddələr üzrə davam edir.
Qeyd edək ki, istintaqla bağlı proseslər hazırda davam etdirilir.