Dünyanı aclıq bürüyə bilər - Körfəz ölkələri gübrə ixrac edilə bilmir

Yaxın Şərqdəki müharibə qlobal ərzaq qiymətlərini artırır. Körfəz ölkələri - İran, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Bəhreyn dünyanın ən böyük gübrə istehsalçılarından olsalar da, Hörmüz boğazından yük gəmilərinin keçə bilməməsi səbəbindən istehsal olunan gübrələr ixrac edilə bilmir.

Sherg.az xəbər verir ki, Beynəlxalq Gübrə Assosiasiyasının məlumatına görə, bu ölkələr karbamid ticarətinin üçdə birindən, fosfat gübrələrinin isə beşdə birindən çoxunu təmin edir. Ekspertlər xəbərdarlıq edir ki, qiymətlərin bahalaşması fermerlərin gübrədən istifadəsini məhdudlaşdıra bilər, nəticədə qida təchizatı azalacaq və ərzaq bahalaşacaq.

Uzunmüddətli həll üçün gübrə ixracının Hörmüz boğazına bağlı olmaması və yerli alternativ qida maddələrinin istifadəsi tövsiyə olunur.