Dünyanın ilk sərnişin təyyarəsi: 73 ildən sonra yenidən canlandırıldı
11:58 30.07.2025
Dünya
702
Bu gün jet mühərrikli təyyarələrlə səyahət gündəlik həyatın adi bir parçası kimi görünə bilər. Halbuki bu dəbdəbəli imkan cəmi 73 illik bir tarixə sahibdir.
Sherg.az xəbər verir ki, 1952-ci il mayın 2-də Londondakı Hava Limanından (indiki Heathrov) havaya qalxan de Havilland DH106 1A Comet adlı təyyarə, jet mühərrikli sərnişin təyyarələrinin dövrünü başlatdı.
Təxminən 7 min kilometrlik bu səyahət beş dayanacaqla 23 saat çəkdi və Yohannesburqa çatdı. İngiltərə Kraliçası II Yelizavetanın taxta çıxmasından dərhal sonra baş tutan bu uçuş, sarsıntılı pervaneli təyyarələrdən fərqli olaraq daha rahat və sürətli səyahət təqdim edərək aviasiyada yeni bir mərhələnin əsasını qoydu.
Jet dövrünü başlatan bu inqilabın müəllifi - Amerikalı rəqiblərini qabaqlayaraq səmaya ilk jet sərnişin təyyarəsini çıxaran -britaniyalı de Havilland şirkəti oldu. Lakin bu üstünlük uzun sürmədi. Ardıcıl qəzalardan sonra Comet donanması xidmətə son verdi.
Onilliklər keçməsinə baxmayaraq, ilk jet səyahətinin necə bir təcrübə olduğunu göstərən yalnız qara-ağ görüntülər və reklam şəkilləri qalmışdı - ta ki, İngiltərədəki bir qrup aviasiya həvəskarı bu əfsanəvi təyyarəni yenidən həyata qaytarana qədər.
1985-ci ildə sadəcə metal bir boru halında muzeyə gətirilən təyyarə, könüllü qrupların diqqətli işi nəticəsində demək olar ki, ilk gündəki vəziyyətinə gətirildi. Təyyarənin qanadları yoxdur – çünki ölçüsünə görə muzey binasına yerləşmir.
Muzeyin könüllüsü Eddie Valsh: “Təyyarə gələndə vəziyyəti çox pis idi. Xarici örtüyü çürümüş, demək olar ki, bütün hissələri əksik idi,” - deyə bildirib. İndi isə ziyarətçilər təyyarənin içinə daxil olub 1950-ci illərin dəbdəbəli jet səyahətinə sanki zamanla səyahət edə bilirlər.
Təyyarədə qadın və kişilər üçün ayrıca tualetlər, qadınlar üçün güzgü və makiyaj masası olan xüsusi bölmələr var. Salon hissəsi isə mavi naxışlı oturacaq örtükləri, qırmızı pərdələr və geniş diz məsafəsi ilə orijinal dizayna uyğun şəkildə bərpa olunub.
Cometin mühəndislik baxımından ən diqqətçəkən cəhəti dörd ədəd turbojet mühərrikinin qanad altına yox, birbaşa qanadların içinə yerləşdirilməsi idi.
Lakin bu yenilik, mühərriklərin zəif gücü ilə birləşəndə qəzalara səbəb oldu. Hadisələrdən sonra Cometin nüfuzu ciddi şəkildə zədələndi və istehsalı dayandırıldı.
Yenə də Comet, müasir sərnişin təyyarələrinin öncüsü oldu. Bu gün de Havilland Aviasiya Muzeyi sayəsində ilk jet dövrünün ehtişamı bir daha yaşadılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region