ABŞ ordusu Yəmənin Marib əyalətində Əl Qaidə komandirini və qrupun digər üzvünü PUA-dan istifadə etməklə öldürüb.
Axar.az xəbər verir ki, bu barədə “Əl Hadat” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Əl-Vadi rayonunda Əl Qaidə səhra komandiri “Əbu əl-Həcc əl-Hadidi” kimi tanınan Munir Bacli əl-Əhdal və onun adı açıqlanmayan yoldaşının olduğu motosikletə zərbə endirib.
Yəmənli jurnalist Məhəmməd bin Feysəl bildirib ki, Əl-Əhdal Əl Qaidənin Yəməndəki əsas komandirlərindən biri hesab olunurdu.