Ən yaxın adamı Trampın sirlərini açıqladı
Yusif Nəzərli
08:01 28.01.2025
Dünya
555
Heç vaxt spirtli içki qəbul etmir, təyyarədə operaya qulaq asır
Təyyarədə qoz-fındıq, çipsi və konfet servisinin olduğunu da deyən Flicker Trampın “kral kimi səyahət etdiyini” deyib
ABŞ-nin yeni-köhnə prezidenti Donald Trampın ən çox güvəndiyi şəxslərdən biri Siggi Flicker, onun haqqında bilinməyənləri açıqlayıb.
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, seçki kampaniyası zamanı D.Trampla tez-tez səyahət edən və onunla gündəlik görüşən S.Flicker prezidentin səyahət vərdişləri və həyat yoldaşı ilə münasibətlərindən danışıb. Heç vaxt spirtli içki qəbul etməməsi ilə tanınan Tramp təyyarədə yalnız sərinləşdirici içkilər qəbul edir. Şəxsi təyyarədə davamlı olaraq "diet coke" verildiyini bildirən Flicker, Trampın böyük bir musiqi həvəskarı olduğunu və tez-tez təyyarədə operaya qulaq asdığını ifadə edib. Flicker birinci xanım Melaniya Trampın kreslosunun səyahət edib-etməməsindən asılı olmayaraq boş qaldığını və Trampın “kral kimi səyahət etdiyini” bildirib. Podcast nəşriyyatçısı Siggi Flicker bunları Almaniyanın aparıcı qəzetlərindən olan “Bild”ə danışıb. İsrail əsilli qadın kampaniyanın son bir neçə ayını Trampın yanında keçirib. Onu rəsmi görüşlərdə müşayiət edib və demək olar ki, hər gün Mar-a-Laqo iqamətgahında onunla görüşüb. ABŞ prezidenti ilə ilk dəfə 2017-ci ildə andiçmə mərasimində görüşdüyünü ifadə edən Flicker, “Donald Tramp həqiqəti deyən insanları təqdir edir. Mən öz fikirlərimi birbaşa ifadə etməyimlə tanınıram, ona görə də dərhal onunla dostlaşdıq”, deyib. ABŞ prezidentinin şəxsi təyyarəsi olan "Air Force One"da çox rahat olduğunu deyib, əlavə edib ki, Trampın oturacağının qarşısında nəhəng televizor var. S.Flicker Trampın böyük bir musiqi həvəskarı olduğunu da vurğulayıb. "Operanın Phantomu onun sevimlisidir", deyən Flicker “hər dəfə biz səyahət edəndə, o, müzikldəki mahnılardan birini ifa edirdi”, söyləyib. Trampın Sinead Okonnorun "Nothing Compares 2 U" mahnısını və Guns Nosesin "November Rain" mahnılarını bəyənir və həmçinin tez-tez Ceyms Braunun "I Feel Good" mahnısını da ifa edir. Trampın uçuşda həmişə hamburger yediyini bildirən Flicker, "Geri dönərkən həmişə "McDonald"sda dayanır" deyib. Təyyarədə qoz-fındıq, çipsi və konfet servisinin olduğunu da deyən Flicker Trampın “kral kimi səyahət etdiyini” deyib. Trampla görüşmək istəyənlərin yanında otura bildiyini bildirən S.Flicker prezidentin xanımının kreslosunun boş saxlandığını vurğulayıb: “Onun öz kreslosu var və sənədləri onun yanındadır. Lakin onun qarşısındakı oturacaq birinci xanım Melaniya Trampın oturacağıdır. Səyahət etsə də, getməsə də, heç kim onun yerində oturmur. Oturacaq boş saxlanılır”. Prezidentlə həyat yoldaşının münasibətləri ilə bağlı böhranla bağlı çoxlu fərziyyələr və şayiələr var. Lakin Trampa ən yaxın olanların fikrincə, vəziyyət tam əksinədir. Pərdə arxasındakı kiçik intim anları heç kimin görə bilmədiyini qeyd edən Flicker, prezident və həyat yoldaşının münasibəti haqqında "Onun əlindən tutduğunu və ya heyranlıqla baxdığını görmürlər. Melaniya Donald Trampın həyatında ən hörmətli, sayğıdəyər adamdır”, deyib.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm