Epşteyn qalmaqalı: sabiq səfir saxlanıldı

Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson dövlət vəzifəsində qanun pozuntusu iddiaları ilə bağlı istintaqın bir hissəsi olaraq saxlanılıb. Sənədlərdə Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteynlə qeyri-etik məzmunda mesajlaşdığı və kommersiya baxımından həssas məlumatlar ötürdüyü iddia olunur.

Axar.az xəbər verir ki, sabiq diplomat Londondakı evində polis tərəfindən saxlanılıb.

Belə ki, hüquq-mühafizə orqanı əməkdaşları onun Regent Parkdakı evinə mülki avtomobillə yaxınlaşıb. Təxminən yarım saat sonra Mandelson polisin müşayiəti ilə avtomobilə əyləşdirilib.

Qeyd edək ki, istintaq Ceffri Epşteynlə bağlı sənədlərin ikinci hissəsinin açıqlanmasından sonra başlanıb. Mandelson bu yöndə bütün ittihamları rədd edir.