Netanyahu və Trampın İrana qarşı müharibəsi tamamilə səbəbsiz və qeyri-legitimdir.
APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial hesabında yazıb.
“Bizim güclü silahlı qüvvələrimiz hazırdır", - Əraqçi vurğulayıb.
O qeyd edib ki, İran ordusu qarşı tərəfə "layiq olduqları dərsi verəcək”.