Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

XİN-in sözçüsü brifinqdə Türkiyə Prezidentinin Tehran və Ankara arasında Ali Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Tehrana səfəri ilə bağlı məlumatı təsdiqləyib:

“Bu səfərin həyata keçirilməsinin prinsipi ilə bağlı anlaşma əldə olunub, hazırda tərəflər bu səfərin dəqiq tarixi ilə bağlı məsləhətləşmələr və müzakirələr aparır”.