Erməni xalqı müharibə istəmir
Yusif Nəzərli
08:20 11.05.2022
Dünya
520
Cəmiyyət Paşinyandan tələb edir ki, Azərbaycanla ən tez zamanda sülh bağlansın
Ermənistanda tanınmış jurnalistlər, iqtisadçı alimlər və bir qrup ekspertlərin daxil olduğu 70 vətəndaş ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib. Onlar bu tələbi Paşinyana ünvanladıqlarını açıq məktubda bildiriblər. Qeyd olunub ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Vurğulanıb ki, Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib:
“Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmir. Tamamilə aydındır ki, qondarma “millətin xilasediciləri”ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir “amma” olmadan sülh istəyirik”. Xatırladaq ki, on gündür Ermənistanda Baş nazir Nikol Paşinyan hökumətinə qarşı etiraz aksiyaları təşkil olunur. Paytaxt İrəvanın küçələrinə çıxan aksiya iştirakçıları Azərbaycanla sülh prosesinə, Türkiyə ilə əməkdaşlığa qarşı çıxaraq hökumətin istefasını tələb edirlər. Hökumət təmsilçiləri isə etiraz edənlərin çox az sayda olduqlarını və aksiyaların revanşist qüvvələr, konkret “Qarabağ klanı” tərəfindən hazırlandığını bildirirlər.
“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanda revanşist qüvvələrə, keçmiş hökumət başçılarının radikal mövqelərinə qarşı münasibət artmaqdadır. Ekspert vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi Baş nazir Nikol Paşinyan üçün yeni fürsət yaratdı:
“Hamı yaxşı başa düşür ki, Moskva indiki halda Ermənistana yardım edəcək gücdə deyil. İrəvana ayrılacaq zaman da yoxdur. Paşinyan reallığın fərqində olduğu üçün ilk fürsətdə Azərbaycan dövlət başçısı ilə Brüsseldə bir araya gəldi. Hazırda tərəflər 5 baza prinsipləri ətrafında danışıqlar aparır. Düzdür, sonradan İrəvanın 6-cı şərti də gündəmə gəldi. Amma bu tələb erməni cəmiyyətini sakitləşdirməyə, aksiyaları səngitməyə hesablanmış addım idi. Ümumən, Ermənistan cəmiyyətinin müharibə şəraitindən bezdiyi, ölüm qorxusu ilə yaşamaqdan təngə gəldiyi ortadadır. Müraciətlər göstərir ki, revanşistləri və onlara inanan kəsimi çıxmaq şərti ilə toplumun əksəriyyəti sülhün əleyhinə deyil. Paşinyandan tələb edirlər ki, Azərbaycanla ən tez zamanda sülh bağlansın, Türkiyə ilə əməkdaşlıq genişlənsin. Erməni ziyalıları başa düşürlər ki, düşmənçilik mövqeyi və müharibə ritorikası ilə nəyəsə nail olmaq mümkün deyil. Fikir verirsizsə, radikal qüvvələrin çağırışları cəmiyyətdə ciddi qəbul olunmur. Görünən odur ki, Azərbaycan və Türkiyə ilə sülh danışıqlarında, münasibətlərin normallaşması prosesində ziyalı kəsimin xüsusi rolu olacaq. Bu prosesdə ictimai platforma mühüm rol oynaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə meşə yanğını: evlər boşaldılır
22:11 28.08.2026
Dünya
ABŞ-da “ABŞ Kosmik Akademiyası” yaradılacaq
21:50 28.08.2026
Dünya
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
21:28 28.08.2026
Hadisə
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi
21:04 28.08.2026
Siyasət
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya