Ermənistanda seçki pozuntusu faktları üzrə 8 cinayət işi açılıb
Yusif Nəzərli
19:39 17.09.2023
Dünya
444
Ermənistanın İstintaq Komitəsi İrəvan meri seçkilərində pozuntularla bağlı 8 cinayət işi açıb.
“Report” bu barədə yerli mətbuata istinadən xəbər verir.
Komitədən verilən məlumata görə, bütün qanun pozuntuları seçkiqabağı təşviqat dövründə - avqustun 23-dən sentyabrın 15-dək daxil olmaqla qeydə alınıb.
Söhbət seçkiqabağı təşviqatda iştiraka məcbur etmə, təşviqatın əmlakına zərər vurma, seçki mitinqində iştiraka məcbur etmə, o cümlədən xuliqanlıq və ya zor tətbiq etmə kimi pozuntulardan gedir.
Səsvermə günü iddia edilən pozuntularla bağlı daha iki məlumat daxil olub, lakin İstintaq Komitəsi onlar üzrə cinayət işinin başlanmamasına qərar verib.
Xatırladaq ki, sentyabrın 17-də Ermənistan paytaxtında Ağsaqqallar Şurasına (paytaxt meriyası-red) seçkilər keçirilib və bundan sonra mer seçilməlidir.
Proses seçici passivliyi ilə başa çatıb. Belə ki, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.
Daha əvvəl bildirilib ki, İrəvanın Ağsaqqallar Şurasına (mer) keçirilən seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb. Ermənistanın “Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərin müşahidəsinin aralıq nəticələrini təqdim edərkən deyib ki, əsasən hakim “Mülki Müqavilə” Partiyası tərəfindən törədilən 48 qanun pozuntusu qeydə alınıb. Ümumilikdə 124 seçki pozuntusu qeydə alınıb: "Seçki prosesində 124 qanun pozuntusu qeydə alınıb, onlardan 22-si seçki məntəqəsində kənar şəxslərin olması, 27-si izdihamla bağlı olub. Qanun pozuntularının 13-ü seçicilərin müraciəti ilə əlaqədardır. Onlardan 5-i təkrar xarakterli olub.
Bir çox yerlərdə səsləri toplayan, seçicilərə zəng edərək məntəqəyə çağıran “sahibkarların” fəallığını görürük. Bu, əsasən, “Mülki Müqavilə” tərəfindən geniş yayılıb. Elə yerlər var ki, bu işi koordinasiya edən kriminal avtoritetlər dairəsindən olan şəxsləri müşahidə etdik. Məsələn, Kanaker-Zeytun inzibati rayonunda kriminal avtoritetlərlə əlaqəsi olan konkret şəxsin məntəqədən məntəqəyə getdiyini, hər bir məntəqədə və ya ondan kənarda “Mülki müqavilə”nin nümayəndələri ilə görüşdüyünü qeyd edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm