Ersin Tatar yunan Kiprinin lideri ilə razılaşmalar barədə danışıb
Yusif Nəzərli
19:16 02.04.2025
Dünya
460
Kiprdə yaşayan türklər və yunanlar iqlim dəyişikliyinin mənfi təsirlərini minimuma endirmək məqsədilə ekoloji sahədə birgə Texniki Komitənin yaradılması barədə razılığa gəliblər. Həmçinin gənclər və mədəni irs məsələləri ilə bağlı texniki komitələrin yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar, BMT nümayəndələrinin iştirakı ilə adanın yunan icmasının lideri Nikos Xristodulidis ilə keçirilən görüşün nəticələrinə dair brifinqdə bəyan edib.
ŞKTR rəhbəri vurğulayıb ki, Kipr türkləri hər zaman adanın yunan icması ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarı olublar.
E.Tatarın sözlərinə görə, ŞKTR hakimiyyəti adanın yunan hissəsi ilə şərti sərhəddə iki əlavə keçid məntəqəsinin açılmasına hazırdır. “Təkcə 2024-cü ildə sərhədi keçmə hallarının sayı 8 milyona çatıb. Üstəlik, 65 faiz hallarda “Metehan” keçid məntəqəsindən istifadə olunub ki, burada da həm türkləri, həm də yunanları narahat edən çətinliklər müşahidə edilir. Yeni keçid məntəqələrinin açılması bu problemi gündəmdən çıxarmağa kömək edəcək”, - deyə siyasətçi bildirib.
Ersin Tatar, həmçinin neytral zonada və adanın digər bölgələrində mövcud mina təhlükəsi probleminə də diqqət çəkib.
“Tərəflərin hüquq-mühafizə orqanlarının bu məsələdə BMT-nin dəstəyi ilə birlikdə hərəkət etməsi vacibdir. Hesab edirəm ki, bu məsələdə artıq ümumi anlaşma formalaşıb”, - deyə E.Tatar qeyd edib.
Sonda isə o, yunan Kiprinin lideri ilə yeni görüş tarixini bəyan edib. “Aprelin 24-də iki xalqın maraqlarına cavab verən müxtəlif layihələri müzakirə etməyi planlaşdırırıq”, - deyə ŞKTR Prezidenti bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya