
Əsəd dövründə olduğu kimi... -Suriya türkmənləri yenə ayrı-seçkiliyə məruz qalır
Yusif Nəzərli
01:15 02.04.2025
Dünya
584
Əhməd əş-Şara onlara üz çevirərək gələcəyi üçün riskli bir addım atır
Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara yeni kabinetin tərkibini elan edib. Şara Qəsr əş-Şaab sarayında çıxışında yeni tərkibi “dəyişiklik hökuməti” adlandırıb. O bildirib ki, ölkə daha yaxşı gələcəyə doğru yeni tarixi dövrə qədəm qoyur: "Biz yenidənqurma və islahatlar aparacaq yaradıcı və dəyişiklik hökumətinin formalaşdığını elan edirik". Keçid hökumətində XİN başçısı Əsəd Həsən əş-Şeybani və müdafiə naziri Murhaf Əbu Qəsr öz vəzifələrini qoruyublar. Baş Kəşfiyyat Xidmətinin rəhbəri postunu tutan Ənəs Həsən Xəttab isə daxili işlər naziri təyin edilib.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, “dəyişiklik hökuməti” ifadəsi olduqca diqqət çəkir. Bu ifadə 22 nəfərlik kabinetin tərkibindəki 4 şəxslə bağlıdır. Ekspert qeyd edib ki, Şaranın yeni kabinetinin tərkibində xristian, ələvi, kürd, druzi, hətta qadın LGBT fəalına belə yer verilib:

"Lakin bununla belə, Suriyanın əsas aparıcı etnik azlığı olan türkmənlərə yer verilməyib. Nazirlərdən biri - Əbdülrəhman Turkonun soyadındakı “Turko” yanlış təəssürat yaratmasın, o, kürddür. Türkiyədə təhsil alan XİN başçısı Əsəd Həsən əş-Şeybani də türkmən deyil. Əhməd əş-Şara açıq şəkildə türkmənlərə haqsızlıq etdi və bu, bir daha Suriyada türkmənlərə münasibəti göstərir. Halbuki Şaraya vətəndaş müharibəsinin gedişində ən böyük dəstəyi məhz türkmənlər vermişdi. Kürdlər, druzilər, ələvilər isə son ana qədər mübarizə apardı. Onu da deyim ki, hazırda nisbi sakitlik olsa da, kürd, druzi və ələvilərin perspektivdə Suriyanın başına bəla olması qaçılmazdır".
Siyasi şərhçiyə görə, Əhməd əş-Şaranın hökumət kabinetində türkmən nümayəndəyə yer verməməsi “dəyişiklik hökuməti” adlandırdığı hökumətin heç də dəyişmədiyini göstərir:
"Əsəd dövründə olduğu kimi, Suriya türkmənləri yenə ayrı-seçkiliyə məruz qalır. Təcrübə göstərir ki, türkmənlərə etnik ayrı-seçkilik edən Bəşər Əsəd sonda vətəndaş müharibəsinin həlledici faktoru olan Suriya türkmənləri tərəfindən devrildi. Əhməd əş-Şara da Suriya türkmənlərinə üz çevirərək, gələcəyi üçün riskli bir addım atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya