Fidan: Ərdoğan regional məsələlərlə bağlı Putinlə müntəzəm məsləhətləşmələr aparır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə regional məsələlərlə bağlı müntəzəm məsləhətləşmələr aparır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Bildiyiniz kimi, prezidentimiz daim cənab Putinlə məsləhətləşir. Çünki bizim üçün vacib olan bölgəmizə, Qara dəniz hövzəsində davam edən münaqişəyə baxın. Qafqaz bizim üçün vacibdir, Mərkəzi Asiya və Yaxın Şərq də elədir. Və bütün bu bölgələrdə, eləcə də Afrika və Liviyada Türkiyə effektiv xarici və iqtisadi siyasət yürüdür", - deyə o, CNN Türk -ə deyib.

Fidan əlavə edib ki, Türkiyə rəhbərliyinin Putinin regional və digər xarici siyasi məsələlərlə bağlı baxışlarını şəxsən onun özündən öyrənməsi vacibdir.

"Cənab Putinlə əlaqələrim onunla Prezidentimiz Rəcəb Tayyib Ərdoğan arasındakı dialoq kimi qəbul edilməlidir. Mən ondan mesajlarımı Putinə çatdırıram və cavablarla, şərhlərlə qayıdıram. Mövzulara gəldikdə isə, vacib məsələ Rusiya-Ukrayna münaqişəsinin hazırkı vəziyyətidir. Keçən ilin mayında Rusiyaya səfər etdiyim zaman bu barədə ətraflı müzakirə etdik. Putin öz vizyonunu təqdim etdi. Bundan sonra biz bunu vasitəçilərlə geniş müzakirə etdik" - deyə o, CNN Türk-ə bildirib.