"Forbes" dünyada ən varlı üç adamın adını açıqladı

"Forbes" jurnalı Tesla və SpaceX şirkətlərinin rəhbəri amerikalı iş adamı Elon Maskı yenidən dünyanın ən varlı insanı elan edib.

Teleqraf xəbər verir ki, ardıcıl ikinci ildir Elon Mask "Forbes"in siyahısına başçılıq edir.

Nəşrin məlumatına görə, Maskın xalis sərvəti ötən illə müqayisədə 2,5 dəfə artaraq 839 milyard dollara çatıb.

Google-un yaradıcılarından olan Larri Peyc siyahıda ikinci yeri tutub. "Forbes" onun sərvətini 257 milyard dollar olaraq qiymətləndirib.

Google-un həmtəsisçisi Sergey Brin isə 237 milyard dollarlıq xalis sərvəti ilə üçüncü yerdə gəlir.