Fransa jurnalistləri parlamentdən qovuldular
Yusif Nəzərli
15:39 10.04.2025
Dünya
471
“Frontieres” media orqanının jurnalistləri Fransa Milli Assambleyasından qovulublar.
Modern.az xəbər verir ki, hadisə yayımlanmış məqaləyə dair parlamentarilərin, “Əyilməz Fransa” Partiyası ilə Fransa Ümumi Əmək Konfederasiyasının nümayəndələrinin və jurnalistlərin iştirakı ilə aparılan müzakirələrdən sonra baş verib. İştirakçıların bəziləri “Frontieres”, çıx, Assambleya sizin deyil”, - deyə qışqırıblar.
Jurnalistlərin “X” sosial şəbəkəsində yayımlanan bəyanatda “Frontieres”in əməkdaşlarının Assambleyadan qovulması mətbuat azadlığına xələl gətirən hərəkət kimi qiymətləndirilib və şiddətlə pislənilib. Eyni zamanda, hadisə ilə bağlı şikayət edildiyi bildirilib.
Ölkədə fəaliyyət göstərən ifrat sağçılar jurnalistləri dəstəkləyiblər.
Milli Assambleyanın sədri Yael-Bron-Pive isə deyib ki, bu hadisədən qurumun fəaliyyətinə mane olmaq üçün bəhanə kimi istifadə edilməməlidir. “Mən heç bir media orqanını ələ almamışam, gücüm yoxdur və Milli Assambleyada akkreditə olunmuş medianı çeşidləmirəm. Təhlükəsizliyə və jurnalistlərin yaxşı şəraitdə işləməsinə cavabdehəm. Bu, onların konstitusiya hüququdur. Bu demokratiya məbədini qoruyub saxlamaq üçün isə barışdırıcı rola nail olmaq mənim üzərimdədir. Digər tərəfdən, belə halların palataya sıçraması dözülməzdir. Bura siyasi müzakirələr yeridir. Heç kim bəhanələrlə müzakirələrə və ya Milli Assambleyanın normal fəaliyyətinə mane olmamalıdır. Milli Assambleya təxribat yeri deyil”, - deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya