Fransa “oyun”dan kənarda qalıb ! – “Ermənistan - Rusiya iş birliyi...”
Fidan Həmişəyeva
11:27 29.12.2020
Dünya
681
“Makron Paşinyandan ona görə küsür ki, onu saymayıblar”
“Üçtərfəli bəyanatla bağlı Fransaya xəbərdarlığı Rusiya Prezidenti Vladimir Putin etməli idi”
“Ona görə də Fransa özünə heç cürə yer tapa bilmir”
Noyabrın 10-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb.
Məqalədə qeyd olunub ki, E.Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Makron müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".
Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Açıq-aydın görünür ki, o, Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.
Makronun növbəti ermənipərəst mövqeyini “Sherg.az”a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, üçtərfəli bəyanatla bağlı Fransaya xəbərdarlığı Rusiya Prezidenti Vladimir Putin etməli idi:
“Putinin borcu idi ki, Makronu, Trampı, eyni zamanda ATƏT-in Minsk qrupunun 9 üzvünü bəyanatla tanış etsin. Lakin Putin bunların heç birini etməyib. Rusiya Prezidenti partizansayağı hərəkət edib və bəyanatı təkbaşına imzalatdırıb. Çünki ona lazım idi ki, tezbazar Qarabağa ordusunu yerləşdirsin. Fransa prezidenti Emmanuel Makron bir sıra xarici humanitar təşkilatların Qarabağa humanitar yardım adı ilə dəstək göstərdiklərini etiraf etmişdi. Onların arasında “HALO Trust” təşkilatı da var.
Fransanın SPFA, İsveçrənin KASA və başqa təşkilatlar humanitar yardım adı altında Qarabağdakı separatçı rejimə müxtəlif dəstək veriblər. Fransa işğal altındakı Azərbaycan torpaqlarının minalanmasına ermənilərə kömək edib. Bu gün sülhməramlıların Qarabağda yerləşdirilməsinin əsas səbəblərindən biri münaqişənin dondurulması və qalmasıdır”.
S.Soltanın fikrincə, Makron Paşinyandan ona görə küsür ki, onu saymayıblar:
“Çünki ortada Rusiya faktoru var. Makronu üçtərəfli bəyanatın imzalanmasından xəbərdar etməyiblər və Fransanı oyundan kənar vəziyyətdə Ermənistanla Rusiya arasındakı iş birliyi qoyub. Ona görə də Fransa özünə heç cürə yer tapa bilmir. Bu baxımdan Makron Paşinyanın üzərinə gedir ki, niyə onu xəbərdar etməyiblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət