Tramp: Rusiya ilə razılaşma dizel yanacağının dünya bazarında qiymətini azalda bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əldə olunan razılaşmanın dünya bazarında dizel yanacağının qiymətinin aşağı düşməsinə kömək edəcəyinə ümid edir.

Sherg.az xəbər verir ki, “Gray Media” telekanalına müsahibəsində Tramp bildirib ki, Rusiya dizel yanacağının dünya bazarına çıxarılması qiymətlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

ABŞ lideri bəzi siyasətçilərin narazılığına baxmayaraq, müxtəlif tərəflərlə razılaşmalar əldə etməli olduğunu da vurğulayıb.

Daha əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya dizel yanacağının tədarükü barədə razılıq əldə olunduğunu açıqlamışdı. Kreml isə Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bildirmişdi.