Fransada həbsdən azad edilən İran vətəndaşı ölkəsinə qayıdıb

Fransada həbsdən azad edilən İran vətəndaşı və insan hüquqları fəalı Məhdiyə Esfəndiyari ölkəsinə qayıdıb.

Bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, Esfəndiyari ötən il sosial şəbəkə hesabında HAMAS-a dəstək verməkdə ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, Fransa Məhdiyə Esfəndiyarini İranda saxlanılan iki fransızın azadlığa buraxılması müqabilində azad edib və Paris Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürüb.

İranda həbsdə olan Fransa vətəndaşları Sesil Kohler və Jak Paris isə azad edilərək ölkələrinə qaytarılıblar.