Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

“Azərbaycanla münaqişənin həllindən sonra Rusiyanın Ermənistana qarşı əlində qalan yeganə rıçaq qazdır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Robert Gevondyan deyib.

Ekspert Rusiyanın Ermənistana qaz tədarükünü dayandırmasını az ehtimal olunan hal hesab edir. O, Moskvanın Rusiya-Ermənistan münasibətlərində “va-bank”a getməsini məntiqli saymır.

“Ermənistanla Azərbaycan arasında artıq münaqişə olmadığı üçün Rusiyanın əlində qalan yeganə əsas vasitə qaz rıçağıdır”, - politoloq bildirib.

Gümrüdə yerləşən 102-ci hərbi baza məsələsinə gəlincə, Gevondyan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bunu çıxara biləcəklərini söyləyəndə blef edib:

“Buna görə də, Rusiya yeni təsir rıçağına sahib olmaq üçün Ermənistanı Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçimin ediləcəyi referendum keçirməyə məcbur etməyə çalışır”.