Gideon Saar: Hələlik İrana hücum etmək niyyətimiz yoxdur

“Tehranın davamlı təhdidlərinə baxmayaraq, İsrail hazırda İrana hücum etmək niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

Nazirin sözlərinə görə, İran öz raket və nüvə proqramlarını yenidən qurur.

“İsrailin İran təhlükəsinin aradan qalxacağına dair heç bir illüziyası yoxdur, amma hələlik İsrail İrana hücum etmək niyyətində deyil”, - Gideon Saar vurğulayıb.

Həmçinin, İsrail naziri əlavə edib ki, İran nüvə proqramını yenidən canlandırmaq üçün hərəkətə keçib, hazırda müəyyən dərəcədə ballistik raket istehsal edə bilir, amma əvvəlki qədər böyük miqyasda və ya nəzərdə tutduqları səviyyədə deyil.